8 C
Baku
Sunday, November 17, 2024

Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə dair embarqo tövsiyələrini yeniləyib

Böyük Britaniya Ermənistan və Azərbaycana silah tədarükünə dair embarqo ilə bağlı tövsiyələrini yeniləyib.

Bu embarqo hələ də qüvvədədir.

Xatırladılıb ki, 1992-ci ilin fevralında ATƏT bütün iştirakçı dövlətlərdən “Dağlıq Qarabağ ərazisində döyüşən qüvvələrə bütün silah və sursatların çatdırılmasına” embarqonun tətbiqini istəyib. 2 iyul 2014-cü il tarixində Böyük Britaniya silah embarqosunun təfsirini Böyük Britaniyanın hərbi siyahısında olan bütün mal və əşyaların ixracını, tədarükü və ya çatdırılmasını əhatə edən şərhini dəqiqləşdirib.

Bildirilir ki, istifadəçilərə hərbi siyahıdakı avadanlığın tədarükünə hansı hallarda icazə veriləcəyi əks olunur. Belə ki, hər iki dövlətin silahlı qüvvələrinə, polisinə və ya təhlükəsizlik qüvvələrinə açıq-aşkar paylanma riski olmadığı halda humanitar, sülhməramlı, tədqiqat və ya media təşkilatlarına embarqo tətbiq olunmayacaq.

Bu embarqo 2008-ci il İxrac Nəzarəti Sərəncamı vasitəsilə həyata keçirilir. Ermənistan və Azərbaycan üçün bütün ixrac və ticarət lisenziyası ərizələri hər bir halda Böyük Britaniyanın Strateji İxrac Lisenziyalaşdırma Meyarlarına uyğun olaraq qiymətləndiriləcək və meyarlara uyğun gəlməyənlərə lisenziya verilməyəcək. Bundan əlavə, Böyük Britaniyanın hərbi siyahısında olmayan bəzi mallar da ixrac lisenziyasına ehtiyac duya bilər. Bunlara son-istifadə nəzarəti tətbiq olunur.

“Böyük Britaniyadan tranzit keçən hərbi təyinatlı mallar ölkəndən keçərkən burdan ixrac olunan mal kimi nəzərə alınır və buna görə də nəzarətə tabedirlər. 2008-ci il İxrac Nəzarət Sərəncamının 17-ci maddəsinə tranzit və daşıma istisnası daxildir, yəni bir çox hallarda lisenziya tələb olunmur. Bu istisna Ermənistan və ya Azərbaycan üçün nəzərdə tutulan mallara şamil edilmir, yəni malların Böyük Britaniya ərazisindən tranzit keçməsi və ya Ermənistan və ya Azərbaycana təkrar ixrac məqsədilə Böyük Britaniyada daşınması üçün lisenziya tələb olunur” – məlumatda qeyd olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər