26 C
Baku
Wednesday, April 24, 2024

Britaniya həqiqətləri: Biz 5G şəbəkəsini “Huawei”siz işə sala bilməzdik

“EE” (Everything Everywhere) və “Vodafone”un yeni istifadəyə verdiyi 5G şəbəkəsi Britaniyanın telekommunikasiya sektorunun fundamental həqiqətini üzə çıxarır – telekommunikasiya şirkətləri 5G şəbəkəsini “Huawei” olmadan çıxara bilməzlər.

Böyük Britaniyanın iki böyük mobil operatoru 5G şəbəkəsini tezliklə ölkədə istifadəyə verəcəyini bəyan etdikdən sonra ölkənin digər mobil şəbəkə operatorları bir neçə gərgin iş həftəsi keçirdilər.

Təbii ki, bu, Britaniyanın kommunikasiya tarixində önəmli hadisədir. 5G-nin gəlişi ilə ölkə gigabayt mərhələsinə qədəm qoyaraq istənilən nöqtədə əlçatan olacaq ultrasürətli şəbəkəyə sahib olacaq. Britaniya bu miqyasda 5G şəbəkəsi təqdim edən ilk dünya ölkələrindəndir. Belə ki, “EE” mobil operatoru 30 may 2019 tarixində, 3 gün sonra isə “Vodafone” 5G şəbəkəsini işə saldı.

Ötən ay “EE” şirkəti ölkə üzrə eyni istiqamətdə fəaliyyət göstərən tərəfdaşlarını, eləcə də jurnalistləri Londonda bir araya toplayaraq 5G şəbəkəsinin inqilabi üstünlükləri haqda tədbirə təşkilatçılıq etdi. “EE”in tərəfdaş şirkətlərindən olan “Samsung”, “Qualcomm” və “Google” nümayəndləri 5G şəbəkəsinin alış-verişdən tutmuş, bank, əyləncə və biznes idarəetməsinədək
hər şeyi sürətli, rahat edəcəyini vurğulayaraq bu prosesə daim töhfə verməyə hazır olduqlarını vurğuladılar.

Tədbir təmtəraqlı keçsə də, əsas tərəfdaşlardan birinin ona qatılmaması nəzərlərdən yayınmadı.

Söhbət mövzusu “Huawei”dir.

5G şəbəkəsinin Britaniyada istifadəyə verilməsi istiqamətində “Huawei” “EE”in tərəfdaş şirkətləri arasında ən fəalı olmasına baxmayaraq, tədbirdə “Huawei” nümayəndələri gözə dəymədi.

Tədbirin mətbuat nümayəndələri ilə sual-cavab hissəsində diqqətlər “EE-Huawei” münasibətlərinə və 5G şəbəkəsinin yerləşdirilməsində “Huawei” texnologiyasından istifadəyə yönəldi.

“Aydındır ki, hal-hazırda təhlükəsizlik məsələləri ilə bağlı bizdə xeyli sayda məlumat var. Biz 5G şəbəkəsinin işə düşməsi üçün multivendor sistemə sahibik, “Huawei” cərəyan edən hadisələrin bir hissəsidir” deyə Allera bildirib.

Çox güman, Alleranın təvazökar çıxışı 5G şəbəkəsi ətrafında yarana biləcək “Huawei” şousunun qarşısının alınması üçün idi, ancaq danılmaz faktdır ki, “Huawei”in iştirakı olmadan “EE” 5G şəbəkəsini belə tez – 30 may 2019-cu il tarixində istifadəyə verə bilməyəcəkdi.

Doğrudan da, Böyük Britaniyanın dörd böyük mobil şəbəkə provayderindən heç biri (“O2” istisna) “Huawei” ilə əməkdaşlıq xaricində 2019-cu il ərzində sıfırdan 5G şəbəkəsini işə salmaq potensialına sahib deyildi.

Daha sonra Allera “EE” şirkətinin mövcud 4G resurslarını 5G şəbəkə xidmətinin daha da mükəmməlləşdirilməsi istiqamətində yönləndirəcəyini bildirdi.

“Huawei” “EE”, “Vodafone” və “Three UK” kimi mobil operatorların yeni nəsil 5G infrastrukturunun təməlində dayanan 4G şəbəkəsinin yaradılmasında vacib rol oynayıb. Hər üç operator 4G şəbəkəsinin radioötürmə bölməsində “Huawei” texnologiyasından istifadə edir və nəzərə alsaq, Britaniya höküməti, hələ ki, rəsmi Vaşinqtondan gələn əsassız təzyiqləri qəbul
etmir, bunu eynilə 5G şəbəkəsi üçün də tətbiq etməyə davam edəcək. “EE” şirkəti hətta ilkin versiya 5G şəbəkəsinin əsasında gələn 4G şəbəkəsinin təməl bazasında “Huawei” texnologiyasından istifadə edir.

“Huawei” Britaniya və bütün Avropa ölkələri üzrə mobil operatorların 5G şəbəkəsinə keçmə xidmətinə dair qiymət siyasətində kəskin endirim edərək tədqiqat və innovasiyaların tətbiqi departamentinə investisiyalar yatırır. Acı gerçək orasındadır ki, “Huawei”in iştirakı olmadan 5G Böyük Britaniyada 12-18 ay ərzində yayımlanacaqdı və BB dünyada bu xidməti işə salan ilk
ölkələr sırasına düşməyəcəkdi. Xərclər isə nəzərəçarpacaq qədər fərqli ola bilərdi.

Mark Allera şirkətinin Londondakı yeni xidməti barədə müzakirələr apardığı minvalda “Huawei”in təsisçisi Ren Jenqfey çinli jurnalistlərə öz şirkətinin Avropa ölkələrinin 5G təminatındakı mövqeyindən söhbət açdı.

“Texniki cəhətdən 5G şəbəkəsinin həcmi 4G-dən 20 dəfə, 2G-dən isə 10 min dəfə böyükdür. Bizim 5G baza stansiyamızda hər bit üçün lazım olan güc 4G-dəkindən 10 dəfə aşağı, həcmi isə 70 faiz kiçikdir. Bizim 5G baza stansiyamız məktəbli çantası qədər kompaktdır. O, həm də yüngüldür – 20 kiloqram. 5G baza stansiyaları üçün sizə şəbəkə qülləsi inşa etməyə gərək
yoxdur. Siz onları sütunlarda, divarlarda – harada istəsəniz, quraşdıra bilərsiniz. Onlar paslanmayan materiallardan hazırlandıqları üçün onilliklər boyunca xidmət göstərə bilər. Bu isə o deməkdir ki, bizim 5G avadanlıqlarımız hətta yeraltı kanalizasiya sistemlərində quraşdırıla bilər. Bu, əsasən, tarixi-mədəni abidələrlə zəngin Avropa şəhərləri üçün əlverişlidir. Hansılarda ki, Çində olduğu kimi nəhəng ötürücü qüllələr tikmək şəraiti yoxdur” deyə R.Jenqfey qeyd etdi.

“Bizim 5G baza stansiyalarımız sayəsində Avropadakı müştərilərimiz hər obyekt üçün layihələndirmə büdcələrinə 10 min avroyadək qənaət edə bilərlər. Onların quraşdırılması üçün kranlara və hündür ötürücü qüllələrə ehtiyac yoxdur. Əvvəllər müştərilərimiz nəhəng şəbəkə avadanlıqlarının quraşdırılması prosesi çərçivəsində qaldırıcı kranlardan istifadə edir və
yaxınlıqdakı nəqliyyat yollarını bağlamalı olurdular. İndi isə 5G baza stansiyaları sadə və asanlıqla quraşdırılır. Bu, olduqca rahatdır”, – Jenqfey əlavə etdi.

ABŞ-ın tərəfdaş ölkələrə “Huawei” ilə əməkdaşlığı dayandırmağa dair etdiyi təzyiqlər fonunda Böyük Britaniya hökuməti öz mövqeyini qoruyaraq soruşmalıdır: Bizim telekommunikasiya sektorunun taleyi “Huawei”siz necə olar?

©Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər