Sentyabrın 8-də Britaniya hökumətinin saytında dərc olunan sənədə əsasən, Rusiya vətəndaşları üçün Böyük Britaniya hava limanlarında vizasız tranzit oktyabrın 6-dan ləğv ediləcək.
Keçid dövrü bu günə qədər davam edəcək. Yalnız 8 sentyabr saat 00:01-ə qədər alınan biletlərlə vizasız tranzit etmək mümkün olacaq. Məhdudiyyətlər ABŞ, Kanada, Avstraliya və ya Yeni Zelandiyanın vizası və ya yaşayış icazəsi olan rusiyalılara təsir etməyəcək.
Əvvəllər Rusiyadan gələn turistlər pasport nəzarətindən təkrar keçmək və ya kiçik hava limanlarında tranzit istisna olmaqla, əksər hallarda Böyük Britaniyada vizasız tranzit edə bilirdilər.