15 C
Baku
Saturday, April 20, 2024

Britaniya hökuməti “Çelsi” klubunun satışını təsdiqləyib

Böyük Britaniya hökuməti “Çelsi” futbol klubunun satışını təsdiqləyib.

Bu barədə Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Nadine Dorries “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Bildirilib ki, 5 milyard dollar dəyərindəki satış razılaşmasından klubun rusiyalı sahibi Roman Abramoviç mənfəət əldə edə bilməyəcək.

“Ötən gecə hökumət “Çelsi” futbol klubunun satışına imkan verən lisenziyanı verib. Putinlə və Ukraynanın qanlı işğal ilə əlaqəli olan şəxslərə tətbiq etdiyimiz sanksiyaları nəzərə alsaq, klubun uzunmüddətli gələcəyini yalnız yeni sahibinin rəhbərliyi altında təmin etmək olar. Klubun satışdan əldə olunan gəlir Roman Abramoviçə və ya sanksiyaya məruz qalan digər şəxslərə fayda verməyəcək”, – deyə nazir paylaşımında qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər