31 C
Baku
Wednesday, August 10, 2022

Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq

Böyük Britaniya hökuməti pandemiyanın iqtisadi böhranı nəticəsində artan kütləvi işsizliyin aradan qaldırılması üçün 4,3 milyard funt sterlinq (5,7 milyard dollar) ayıracaq.

Bu barədə “PA” agentliyi dövlət xidmətlərinin göstərilməsinə yönəldiləcək hökumət xərclərinin ümumi icmalına istinadən bildirib.

Məlumata əsasən, bu məbləğin 2,9 milyard funt sterlinqi (3,9 milyard dollar) 1 milyondan çox işsizin əmək bazarına qayıtmasına kömək etmək üçün hazırlanmış üç illik “Restart” proqramına yönələcək. Bu proqram ilk növbədə bir ildən çoxdur ki, işsiz qalan insanlar üçün, xüsusilə həssas vəziyyətdə olan yaşlı əhali qrupunun nümayəndələri üçün nəzərdə tutulacaq.

Digər 1,4 milyard funt sterlinq (1,9 milyard dollar) insanlara iş tapmaqda kömək edən dövlət agentliyi üçün əlavə maliyyələşdirməyə yönələcək.

MənbəTrend
Son xəbərlər
Oxşar xəbərlər