15 C
Baku
Sunday, April 14, 2024

Britaniya hökuməti: Rusiya Avropanın təhlükəsizliyi üçün əsas təhdiddir

Böyük Britaniya hökuməti hesab edir ki, Rusiya Avropanın təhlükəsizliyi üçün əsas təhlükə olaraq qalır.

Bu barədə Britaniya silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirilməsi üçün təqdim olunan planda deyilir.

Qeyd olunub ki, silahlı qüvvələrin modernizasiyası, dövlətin bütün sahələrini birləşdirmə qabiliyyəti Rusiyanı bacarıqlı və gözlənilməz oyunçu edir.

“NATO ölkələri uzun müddətdir ki, Rusiya sualtı qayıqlarının sualtı fiberoptik internet kabellərini təhdid edə biləcəyi barədə iddia irəli sürürlər. Bunun qarşısını almaq üçün İngiltərə 2024-cü ildə əsas tapşırıqlarından biri xarici sualtı qayıqların aşkarlanması və sualtı rabitə kabellərinin qorunması olacaq müasir kəşfiyyat gəmisini suya buraxacaq”-deyə məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər