20 C
Baku
Sunday, October 6, 2024

Britaniya iki Türkiyə şirkətinə sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyaya məhsul ixrac edən iki Türkiyə şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Məlumata görə, burada söhbət “Turkik Union” və “Azu International” şirkətlərindən gedir.

“Turkik Union” şirkətinin əməkdaşlarının sözlərinə görə, sanksiyalardan sonra Türkiyə bankları şirkətin daxili əməliyyatlarının həyata keçirilməsindən də imtina ediblər.

Qəzet, həmçinin yazır ki, Türkiyənin Rusiya əleyhinə sanksiyalara qoşulmamasına baxmayaraq, Qərb tərəfindən təzyiqlərə məruz qalır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər