13 C
Baku
Friday, November 22, 2024

Britaniya ilkin vaksinasiya ilə revaksinasiya arasındakı müddəti qısaldır

Böyük Britaniyanın Səhiyyə Nazirliyinin rəhbəri Sacid Cavid bildirib ki, o, ilkin vaksinasiya ilə revaksinasiya arasında vaxtın altı aydan üç aya qədər azaldılması ilə bağlı Vaksinasiya və İmmunizasiya üzrə Birgə Komitənin (JСVI) tövsiyəsi ilə razılaşır.

Banker.az xəbər verir ki, “Mən JCVI-dan xahiş etdim ki, yeni “omikron” ştamı ortaya çıxandan sonra peyvənd proqramını necə genişləndirmək barədə təcili olaraq düşünsün… Və onların revaksinasiya üçün intervalı altı aydan üç aya qədər azaltmaq təklifini qəbul etdim”, – deyə səhiyyə naziri söyləyib.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Digər xəbərlər