16 C
Baku
Thursday, April 25, 2024

Britaniya iqtisadi inkişaf üçün Çindən pul istədi

Londonda keçirilən Britaniya-Çin dialoqu çərçivəsində ölkələr 503 milyon funt sterlinq dəyərində müqavilə imzalayıblar.

Banker.az bildirir ki, Böyük Britaniyanın beynəlxalq ticarət işləri üzrə naziri olan Liam Fox, əməkdaşlıq nəticəsində 175 yeni iş yeri açılacağı barədə məlumat verib.

Tərəflər İngiltərənin kiçik və orta biznesinə sərmayəni, “UnionPay” kartlarının buraxılmasının genişləndirilməsi və  aktivlərin idarə edilməsi sahəsində əməkdaşlığın artırılması barədə razılığa gəliblər.

“China National Petrolium Cooperation” şirkəti isə öz növbəsində, INEOS ilə birlikdə 2022-ci ildə istismara veriləcək buxar və istilik enerjisinin istehsalı zavodunun inşasına dair layihəyə sərmayə edir.

Təhsil, yüksək texnologiyalar və qida sənayesi sahəsində də bir sıra müqavilələr imzalanıb. London və Pekin Çinə 230 milyon funt sterlinq dəyərində mal əti ixracına dair razılığa gəliblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər