15 C
Baku
Tuesday, November 19, 2024

Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalara görə $7.96 mlrd. itirəcək

Böyük Britaniya iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalara görə 6.2 milyard funt sterlinq (7.96 milyard dollar) itki ilə üzləşəcək. Vurğulanır ki, ən böyük zərər dəbdəbəli mal istehsalçılarına, xüsusilə “Martin və “Burberry” şirkətlərinə dəyəcək.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, Britaniya hökuməti bu şirkətlərin 2030-cu ilə qədər 881.7 milyon funt sterlinq itirəcəyini təxmin edir. Kompüter sənayesi 4.1 milyon funt sterlinq, neft ixrac edən şirkətlər isə 6.7 milyon funt sterlinq itirəcək.

2021-ci ildə Böyük Britaniyanın Rusiyaya ixrac etdiyi embarqolu malların ümumi dəyəri 775.9 milyon funt sterlinq olub. Hesabatda deyilir ki, bu, keçən ilki həcmin 27.9%-ni təşkil edir.

Aprelin 21-ində Böyük Britaniya Rusiyadan gümüş, ağac məmulatları və lüks mallar, o cümlədən kürü idxalına qadağa qoyub. Daha əvvəl isə ölkə bir sıra dəmir-polad məmulatlarının idxalını, kvant texnologiyalarının ixracını qadağan edib. Ümumilikdə, Rusiyanın 1.2 mindən çox fiziki və hüquqi şəxsi sanksiyalara məruz qalıb.

 

Son xəbərlər
Digər xəbərlər