10 C
Baku
Thursday, December 12, 2024

Britaniya iqtisadiyyatını resessiya gözləyir

Böyük Britaniyanın yaxın 18 ay ərzində iqtisadi durğunluqla qarşılaşma ehtimalı 50% təşkil edir. Bu barədə məlumat ölkənin Milli iqtisadi və sosial araşdırmalar İnstitutu tərəfindən verilib.

İnstitutun araşdırmasında bildirilib ki, “Brexit” nəticəsində Britaniya 2016-2017-ci illərdə iqtisadi yavaşlama ilə üzləşəcək, inflyasiya funt sterlinqin dəyərdən düşməsi səbəbindən 3%-ə yüksələcək. İnstitutun proqnozlarına əssən, B.Britaniya 2016-cı ildə 1,7%, 2017-ci ildə isə 1% iqtisadi artım göstərəcək. İnstitututun əməkdaşı Saymon Kirbi (Simon Kirby) bildirib ki, gözləntilərə əsasən, Britaniya 2016-cı ilin ikinci yarısından etibarən iqtisadi yavaşlama ilə üzləşəcək və bu proses 2017-ci ilin sonuna qədər davam edəcək.

Britaniya Sənaye Konfederasiyası İqtisadiyyat Departamentinin direktoru Reyn Nyuton Smit (Rain Newton Smit) ölkədəki kişik və orta müəssisələrin istehsalda artım və yeni iş yerləri yaratdıqları barədə məlumatlarına baxmayaraq, onların yeni investisiya layihələrinə daha ehtiyatlı yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, funtun devalvasiyası idxalı artırmaqla bərabər inflyasiyanın aşağı düşməsinə səbəb olub. Bu vəziyyət əhalinin xeyrinə olsa da, iqtisadiyyata ciddi zərər yetirir.

Report

Son xəbərlər
Digər xəbərlər