Böyük Britaniya İrana əlavə sanksiyalar tətbiq edəcək.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.
O bildirib ki, Ukraynada mülki hədəflərə və kritik infrastruktura hücumda istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verən İrana qarşı əlavə sanksiyalar elan ediləcək.
“İrana BMT-nin qətnamələrini pozmağa icazə verilə bilməz”, – Kleverli “Twitter”də bildirib.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı (Aİ) artıq İrana sanksiyalar tətbiq edib.