10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya İrana olan tarixi borcunu ödədi

İngiltərə Xarici İşlər Naziri Liz Trass çərşənbə günü verdiyi açıqlamada Birləşmiş Krallığın İrana olan tarixi borcunu ödədiyini bildirib.

“IMS-in (International Military Services Limited) borcu Böyük Britaniya qanunvericiliyi, beynəlxalq hüquq və bütün qanuni öhdəliklərə tam uyğun olaraq ödənilib. Bu vəsait yalnız humanitar məhsulların alınmasına sərf olunacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, 393,8 milyon funt sterlinq həcmindəki borc IMS şirkətilə inqilabdan əvvəlki İran hökuməti arasında imzalanmış müqavilə nəticəsində yaranıb. İran tərəfinin ödənişinə baxmayaraq, İslam inqilabından sonra Böyük Britaniya şirkəti müqaviləni yerinə yetirməkdən imtina edib. Krallığın məhkəmələri və Beynəlxalq Arbitraj Məhkəməsi (ICC) borcun İran hökumətinə ödənilməli olduğunu təsdiqləyib.

 

 

Son xəbərlər
Digər xəbərlər