8 C
Baku
Saturday, December 3, 2022

Britaniya İrana qarşı yumşalır: Bəzi şəxsləri sanksiya siyahısından çıxarıb

Böyük Britaniya 2011-ci ildə sanksiya tətbiq etdiyi İranın 4 vətəndaşını “qara siyahı”dan çıxarıb.

“Mehr” agentliyi xəbər verir ki, bu barədə Avropa sanksiyaları saytında bildirilib.

Məlumata görə, 2011-ci ildə Britaniya İran vətəndaşları Əhməd Zərgər, Həsən Həddad, İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoşununun komandan müavini Məhəmməd Hicazi və İran Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Həsən Firuzabadiyə sanksiya tətbiq etmişdi.

Vurğulanıb ki, həmin şəxslərin adları sanksiya siyahısından çıxarılıb.

Report

Son xəbərlər
Digər xəbərlər
X