28 C
Baku
Saturday, July 27, 2024

Britaniya kəşfiyyatı: “Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir”

“Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiyanın şəhərə artilleriya və raket zərbələri davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar”, – məlumatda vurğulanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər