28 C
Baku
Sunday, June 26, 2022

Britaniya kəşfiyyatı: “Ukrayna Rusiyanı öz məqsədlərinə çatmaq imkanından məhrum edib”

“Ukrayna qüvvələri ölkənin şimalında mühüm ərazini geri alıb, Rusiyanı öz məqsədlərinə çatmaq imkanından məhrum edib və Rusiya qüvvələrini Çerniqov ətrafındakı rayonlardan və Kiyevin şimalından geri çəkilməyə məcbur edib”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Şimali Ukraynadan çıxarılan Rusiya bölmələri Ukraynanın şərqindəki əməliyyatlar üçün yenidən cəmləşdirilməsindən əvvəl əhəmiyyətli dərəcədə yenidən təchizat və təmir tələb edə bilər”, – məlumatda qeyd olunub.

Son xəbərlər
Oxşar xəbərlər