8 C
Baku
Friday, March 29, 2024

Britaniya kəşfiyyatı: “Mariupolun müdafiəsi bəzi Rusiya bölmələrini tükəndirib”

Rusiya diqqətini Donbasın tam işğalına yönəltdikdən sonra bəzi sahələrdə kiçik irəliləyişlər əldə edib.

Böyü Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, kifayət qədər maddi-texniki və döyüş dəstəyi olmayan Rusiya hələ də əhəmiyyətli irəliləyişlər əldə edə bilməyib.

Məlumatda vurğulanıb ki, Rusiyanın Mariupolda Azovstal polad zavoduna hücum etmək əvəzinə onu mühasirəyə almaq qərarı bir çox Rusiya bölməsinin şəhərdə qalması anlamına gəlir və bu səbəblə həmin bölmələrin başqa döyüş bölgələrinə yerləşdirilməsi mümkün deyil.

Vurğulanıb ki, Ukraynanın Mariupolu müdafiəsi bir çox Rusiya bölmələrini tükəndirib və onların döyüş effektivliyini azaldıb.

Əlavə olunub ki, Rusiya MN ölən hərbi qulluqçuların ailələrinə təzminat ödənilməsinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.

“Bu, çox güman ki, Rusiyanın itkilərin əsl miqyasını yerli əhalidən gizlətmək istəyini əks etdirir”- deyə Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər