23:47 – Portuqaliya Fələstini dövlət olaraq tanıyıb.
Bunu Portuqaliyanın xarici işlər naziri Paulo Rangel açıqlayıb.
Rangel ölkəsinin Fələstin Dövlətini rəsmi olaraq tanıdığını və qalıcı sülh üçün yeganə həll yolu olan iki dövlətli həlli dəstəklədiklərini bildirib.
Qeyd edək ki, son 24 saat ərzində 4 ölkə Fələstini rəsmən tanıyıb ki, bunlar da Böyük Britaniya, Avstraliya və Kanadadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fransa və Belçikanın da Fələstin Dövlətini tanıması gözlənilir.
17:52 – Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib.
Bəyanatda bildirilir ki, Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanır ki, Kanada bu addımı “iki dövlətli həll” imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.
Böyük Britaniya da Fələstinin müstəqilliyini tanıyıb.
“Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini canlandırmaq və “iki dövlətli həll” üçün Böyük Britaniya rəsmi olaraq Fələstin dövlətini tanıyır”, – deyə Britaniya Baş naziri Kir Starmer bildirib.
Bundan sonra Avstraliya da oxşar bəyanatla çıxış edib.