18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Britaniya kral ailəsinin büdcəsi azalacaq

Böyük Britaniyanın kral ailəsinin büdcəsi koronavirus pandemiyasına görə 17,8 mln. funt (21,7 mln ABŞ dolları) azala bilər.

Bu barədə İngiltərədə çıxan “The Sun” qəzeti mayın 19-u tarixli sayında bildirib.

Qəzetdə kral sarayının lord-çemberleni Uilyam Pilin məktubundan bir hissə dərc edilib.

Məqalədə bildirilib ki, saray xidmətçilərinə gəlirin bu il üçdə bir hissə azalacağı barədə xəbərdarlıq edilib. Ona görə də bir sıra qənaətli tədbirlər həyata keçirilir. Yeni xidmətçilərin seçilməsi dayandırılması, maaşların dondurulması, eləcə də iş yerlərinin ixtisarı nəzərdə tutulur.

Ötən il kral ailəsi bilet satışı və suvenir satışlarından 70 mln. funtdan (85,4 mln.ABŞ dolları) artıq, o cümlədən Britaniya monarxlarının iqamətgahı, Bukingem sarayı və Vindzor qəsri ötən il 12 və 25 mln. funt (14,6 və 30,5 mln. ABŞ dollar) qazanıb.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər