Böyük Britaniya kralı III Çarlz bazar günü Londonda Fransa Prezidenti Emmanuel Makronu qəbul edəcək.
Bu barədə BFM telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, Fransa lideri və xanımı III Çarlzın dəvəti ilə bazar günü axşam Böyük Britaniyaya gedəcəklər.
Makron kraliça II Elizabetin bazar ertəsi keçiriləcək dəfn mərasimində Fransanı təmsil edəcək.
Makron bundan əvvəl III Çarlzı Fransaya səfərə dəvət edib.