Boris Consonun istefası Britaniya kraliçası tərəfindən qəbul edilib.
Boris Conson Baş nazir postundan istefasını Böyük Britaniya kraliçası II Yelizavetaya Şotlandiyadakı Balmoral qəsrində təqdim edib.
Bukinqem Sarayı onun istefasının Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən qəbul edildiyini bildirib.
Boris Consondan sonra isə Liz Trass kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gəlib. Liz Trass kraliça tərəfindən ölkənin növbəti Baş naziri kimi hökuməti qurmağa dəvət ediləcək.
Boris Conson Balmoral qəsrini tərk etdikdən bir neçə dəqiqə sonra Twitter-də tərcümeyi-halını dəyişərək “keçmiş baş nazir” sözlərini əlavə edib.