23 C
Baku
Tuesday, May 28, 2024

Britaniya kraliçası II Elizabetin səhhəti pisləşib

Həkimlər II Elizabetin səhhətinin pisləşməsindən narahatdırlar, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, hazırda kraliça Şotlandiyanın Balmoral qəsrində həkim nəzarəti altındadır.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir. Şahzadə Çarlz və şahzadə Uilyams da Şotlandiyaya yola düşüblər.

Qeyd edək ki, bir gün əvvəl II Elizabet 7 sentyabr tarixinə planlaşdırılan iclası təxirə salıb. Həkimlər ona baş nazir Boris Conson və onun varisi Liz Trass ilə görüşdükdən sonra dincəlməyi məsləhət görüblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər