21 C
Baku
Monday, April 29, 2024

Britaniya “Microsoft” və “Activision Blizzard”ın birləşməsinə qoyulan qadağanı aradan qaldırmağa hazırdır

Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) “Microsoft” və “Activision Blizzard” şirkətlərinin birləşməsini qadağan etmək qərarına yenidən baxmağa hazır olduğunu açıqlayıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

CMA qeyd edib ki, bu, müqavilə şərtlərinin dəyişdirilməsi və birləşmənin oyun bazarında rəqabətə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqların aradan qaldırılması ilə bağlıdır. Tənzimləyicinin qərarı əməliyyatı başa çatdırmaq üçün qapı açır, lakin rəsmi icazə hələ alınmayıb. CMA yekun qərarı vermək üçün oktyabrın 6-dək ekspertlərlə məsləhətləşmələr aparır.

“Microsoft” 2022-ci ilin yanvar ayında “Activision Blizzard”ı 68,7 milyard dollara almağa razılaşıb. Bu sövdələşmə tənzimləyicilər arasında bir çox suallar doğurub – ilk növbədə, onlar “Microsoft”un rəqibləri üçün “Activision Blizzard” oyunlarının, xüsusən də axın oyun xidmətləri bazarında mövcudluğundan narahat idilər. CMA aprel ayında razılaşmaya mane oldu. ABŞ-ın Federal Ticarət Komissiyası da oxşar mövqedən çıxış edib.

Avqust ayında “Microsoft” “Activision Blizzard”ı satın alma şərtlərinə dəyişikliklər edib. İlk növbədə, “Microsoft” bütün mövcud və yeni “Activision Blizzard” oyunlarını bulud axını xidmətlərində yaymaq hüquqlarını oyun bazarındakı rəqibi “Ubisoft Entertainment”ə təhvil verməyə razılaşıb. Tənzimləyicilər bu cür xidmətlərdə “Activision Blizzard” oyunlarının mövcudluğundan narahat olduqları üçün bu qərar onların şikayətlərini əsas etibarilə aradan qaldırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər