3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Britaniya “omikron” ştamına görə məhdudiyyətləri sərtləşdirir

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun yeni “omikron” ştamının yayılması ilə daha sərt məhdudiyyətləri elan edib.

Bu barədə “Sky News” məlumat yayıb.

Hökumət tətbiq etdiyi “B planı”na görə, gələn həftədən vətəndaşlar məsafədən iş formatını bərpa edəcəklər.

Dekabrın 10-dan bir sıra ictimai yerlərdə, xüsusən də teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq.

Bir həftədən sonra qapalı məkanlara gələnlər (məsələn, gecə klublarında) COVID-19 pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində “omikron” ştamına 131 yoluxma halı qeydə alınıb, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 568-ə çatıb.

Bir gün əvvəl Böyük Britaniya “omikron”un yayılması səbəbindən ölkəyə giriş qaydalarını sərtləşdirib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər