10 C
Baku
Friday, December 13, 2024

Britaniya pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq edəcək

Böyük Britaniyada yeni növ koronavirusun yayılmasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

TASS xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Boris Conson ölkə parlamentindəki çıxışı zamanı bildirib.

“Hökumət İngiltərə ərazisində virusların çoxalma sürətini minimuma endirmək, insanların həyatının normal gedişatını və maddi rifahını pozmamaq üçün diqqətlə seçilmiş yeni məhdudiyyətlər tətbiq edəcək. Bu qətiyyən mart ayında tətbiq edilmiş tammiqyaslı karantinə qayıdış deyil. İnsanların evdə qalmasını tələb etmirik, məktəblər, universitetlər və kolleclər isə fəaliyyətinə davam edəcək”, – Conson deyib.

Altı ay müddətinə hesablanan yeni məhdudiyyətlər əsasən bar, pab və restoranların iş saatlarına, maska ​​taxma və sosial tədbirlərin keçirilmə qaydalarına aid olacaq.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər