27 C
Baku
Saturday, July 27, 2024

Britaniya parlamenti “Brexit” haqqında qanun layihəsini qəbul edib

Böyük Britaniya parlamenti Baş Nazir Boris Consonun “Brexit” haqqında qanun layihəsini qəbul edib. Parlamentdə qanun layihəsinin lehinə 358, əleyhinə isə 234 səs verilib.

Qanun layihəsi 124 səs çoxluğu ilə II oxunuşda qəbul olunub. 

Qeyd edək ki, qanun layihəsi əvvəlcə qanunvericilik və düzəlişlərin müzakirə olunacağı komitə mərhələsindən keçməli, yanvarın 9-da isə Aşağı Palatada III oxunuşdan sonra təsdiq üçün Lordlar Palatasına təqdim edilməlidir. Bundan sonra qanun layihəsi tam şəkildə qəbul olunmuş hesab ediləcək. Qanun layihəsinə görə, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Avropa İttifaqını tərk etməlidir.               APA

Son xəbərlər
Digər xəbərlər