21 C
Baku
Friday, October 7, 2022

Britaniya parlamenti “Brexit” sazişi üzrə bu tarixdə təkrar səs verəcək

Böyük Britaniya parlamentində fevralın 13-ü “Brexit”in şərtləri haqqında saziş üzrə təkrar səsvermə keçiriləcək.

Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının deputatlarına bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda “Brexit” tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsində görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır. Britaniya parlamentinin icmalar palatası yanvarın 15-i Avroap İttifaqı ilə “Brexit”in şərtləri haqqında sazişi rədd edib.

MənbəTrend
Son xəbərlər
Oxşar xəbərlər