17 C
Baku
Sunday, May 5, 2024

Britaniya Polşada hava hücumundan müdafiə sistemləri yerləşdirməyə davam edəcək

Böyük Britaniya özünün “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Polşada yerləşdirilməsini davam etdirməyi qərara alıb.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Polşada səfərdə olarkən deyib.

Polşa televiziyasının efirində çıxış edərək nazir bildirib: “Qeyd etmək istəyirəm ki, biz Britaniyaya məxsus orta mənzili HHM sistemlərinin Polşada yerləşdirilmə müddətinin uzadılmasını qərara almışıq və burada məqsəd Polşanın Ukraynaya kömək etdiyi halda özünün təhlükəsizliyinin təmin edilməsidir”.

Xatırladaq ki, Böyük Britaniya Polşanı dəstəkləmək və bu ölkənin hava məkanını təhlükəsizliyinin təmin edilməsi üçün orta mənzilli “Sky Sabre” HHM sistemi və əlavə olaraq 100 nəfərdən ibarət personal yerləşdirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər