13 C
Baku
Saturday, November 23, 2024

Britaniya qəbul edilən miqrantların sayını məhdudlaşdırmağı planlaşdırır

Böyük Britaniya ölkəyə qəbul edilən miqrantların sayını məhdudlaşdırmaq istəyir.

Bu barədə mənbələrə istinadən “The Telegraph” agentliyi məlumat yayıb.

Məlumata əsasən, krallıq ildə qəbul edilən miqrantların sayını 20 minə qədər azaltmaq niyyətindədir.

Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak siyasi səbəblərdən vətənlərini tərk edən insanlara krallıqda təhlükəsiz və qanuni yolla daxil olmaq təklif etmək istəyir. Hazırda belə xüsusi sxemlər yalnız Əfqanıstan, Honq-Konq və Ukraynadan olan miqrantlar üçün mövcuddur. Bundan əlavə, Böyük Britaniyada yaşayan qohumları olanlar üçün krallığa sadələşdirilmiş köçmə prosesini təklif edən ailə birləşməsi proqramları mövcuddur.

Ölkəyə hər il qəbul edilən qaçqınların sayına məhdudiyyət tətbiq etmək planlarını ilk dəfə Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman martın 7-də qeyri-qanuni immiqrasiyaya qarşı mübarizənin sərtləşdirilməsinə dair qanun layihəsinin təqdimatı zamanı açıqlayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər