13 C
Baku
Wednesday, May 8, 2024

Britaniya qanunsuz miqrantları işə götürən şirkətlərə qarşı cərimələri artıracaq

Böyük Britaniya hökuməti qanunsuz miqrantları işə götürən şirkətlərə qarşı cərimələri üç dəfə artıracaq.

Bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Robert Cenrikin “The Daily Telegraph” üçün yazdığı məqalədə deyilir.

Nazir müavininin sözlərinə görə, qanunsuz miqrantlara mənzil kirayə verən ev sahibləri üçün cərimələrin məbləği 10 dəfə artırılacaq.

“Cərimə qeyri-qanuni işə götürülən hər bir işçi üçün 20 min funt sterlinqdən (25,5 min dollar) 60 min funt-sterlinqə (76,5 min dollar) yüksələcə”, -Cenrik qeyd edib.

Nəşrin bildirir ki, Britaniya hökumətinin yeni siyasəti qeyri-qanuni mühacirlərin işə götürülməsini tamamilə iqtisadi cəhətdən qəbuledilməz və maliyyə cəhətdən pozucu etmək üçün nəzərdə tutulub. Cərimələrin artırılması restoran və mehmanxana biznesinə, tikinti sənayesinə, sosial xidmətlərə, eləcə də avtoyuma və gözəllik salonlarının işçilərinə təsir göstərə bilər.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrant probleminin həllini kabinetinin 5 əsas məqsədindən biri adlandırmışdı. Hakim Mühafizəkarlar Partiyasının qanunsuz miqrasiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, La-Manş kanalı vasitəsilə İngiltərə sahillərinə çatan qeyri-qanuni miqrantların sayı son dörd il ərzində durmadan artır. 2018-ci ildə 299, 2019-cu ildə 1,8 min, 2020-ci ildə artıq 8,4 min, 2021-ci ildə isə 28,5 min nəfər belə hal qeydə alınıb. Ötən il bu rəqəm 60% artaraq 45,7 minə çatıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər