3 C
Baku
Saturday, December 14, 2024

Britaniya Rusiya aktivlərini Ukraynaya ötürmək üçün hüquqi imkanlar axtaracaq

Böyük Britaniya təkcə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri deyil, həm də aktivlərin özlərini Ukraynaya köçürmək üçün hüquqi imkanlar axtaracaq.

Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenski “G7”nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Kiyev üçün əhəmiyyətli yeni maliyyələşdirməni təmin etmək və dondurulmuş aktivlərdən istifadə yolları üzərində gələcək işi davam etdirmək səylərini alqışlayıblar.

Bundan əvvəl “G7” ölkələrinin liderləri 2024-cü ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər