19 C
Baku
Sunday, May 19, 2024

“Britaniya Rusiya qazından asılı olmadığı üçün şanslıdır”

Britaniya Rusiya qazından asılı olmadığı üçün şanslıdır.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News Breakfast” proqramında artan enerji qiymətlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qida və enerji xərcləri məsələsində dünya bir-birinə bağlıdır və Ukrayna müharibəsi kimi hadisənin qlobal təsiri var.

“Biz Britaniyada çox şanslıyıq… Biz seçimi olmayan bir çox Avropa ölkəsi kimi Rusiya qazından asılı deyilik”, – britaniyalı nazir vurğulayıb.

Ben Uolles vurğulayıb ki, Ukraynanı müdafiə etmək, onun uğrunda döyüşməyi istəmək nəcib işdir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər