12 C
Baku
Thursday, December 5, 2024

Britaniya Rusiya və İrana qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiya və İrana qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiya təhlükəsizlik rəsmiləri və İran nümayəndələri daxil ediliblər.

Britaniya hökuməti bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, Rusiya Federasiyasının 90-cı tank diviziyasının komandiri, polkovnik Ramil İbatullinə qarşı sanksiyalar tətbiq edilib. Həmçinin sanksiya siyahısına Rusiya FTX-nin Krım üzrə zabiti Andrey Tişenin və Krım üzrə baş əməliyyatçı Artur Şambazov da əlavə edilib. 2015-ci ildə onlar ukraynalı Aleksandr Kostenkoya işgəncə veriblər.

Bundan əlavə, məhkəmə və hüquq-mühafizə sistemində iştirak edən 10 iranlı məmur Britaniya sanksiyalarına məruz qalıb. Onların arasında 6 nəfər etirazçıların təqib edilməsinə və hökmün çıxarılmasına, o cümlədən ölüm hökmünə görə məsuliyyət daşıyır.

Sanksiyalara aktivlərin dondurulması və ölkəyə giriş qadağaları daxildir.

Son xəbərlər
Digər xəbərlər