Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb”- deyə, məlumatda vurğulanıb.
Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Krallıqda istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.