Böyük Britaniyada Rusiyadan qızıl idxalına qoyulan qadağa qüvvəyə minib, bu barədə Britaniya hökumətinin rəsmi internet saytında Rusiya əleyhinə sanksiyalar qaydalarına dəyişiklik edilməsi ilə bağlı bəyanatda deyilir.
Banker.az bu barədə “RT.ru”ya istinadən xəbər verir.
“Bu düzəliş qızılın idxalını və birbaşa, o cümlədən dolayı yolla alınmasını, tədarükü və çatdırılmasını qadağan edir. Qızıl idxalına qadağa iyulun 21-dən qüvvəyə minib”, – mesajda deyilir.
Bundan əvvəl bildirilmişdi ki, yeni anti-Rusiya sanksiyaları iyulun 21-i saat 10:00-a qədər razılaşdırılacaq, onlar rəsmi jurnalda dərc edildikdən sonra qüvvəyə minəcək.