11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Britaniya rusiyalılara və səudiyyəlilərə qarşı sanksiya başlayır: bank hesabları dondurulur

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi “Maqnitski düzəlişi” çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Banker.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. FT yazır ki, sanksiya siyahısında “işgəncə icraçılarının, qatillərin və təcavüzkarların” adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq

Son xəbərlər
Oxşar xəbərlər