7 C
Baku
Thursday, December 12, 2024

Britaniya Rusiyanın 5 bankına qarşı sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyanın beş bankına və üç iş adamına qarşı sanksiyalar tətbiq edib, bunu ölkənin Baş naziri Boris Conson deyib. O hesab edir ki, Donetsk və Luqansk Xalq Respublikaları ərazisində rus qoşunları var və bu, “işğaldır”.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Sanksiyalar aşağıdakı bank və iş adamlarına qarşı tətbiq olunub:

– “Rusiya Bankı”

– “Promsvyazbank”

– “Genbank”

– “Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı”

– “Sənaye Əmanət Bankı”

– Qennadi Timçenko

– Boris Rotenberq

– İqor Rotenberq

Vurğulanır ki, London Timçenko və Rotenberq qardaşlarının aktivlərini dondurub.

Son xəbərlər
Digər xəbərlər