22 C
Baku
Thursday, May 2, 2024

Britaniya Rusiyanın dondurulmuş aktivlərini qaytarmayacaq

London Kiyevə dəymiş ziyana görə kompensasiya ödəməyə razılaşana qədər dondurulmuş dövlət aktivlərini Moskvaya qaytarmayacaq.

Bu barədə “The Guardian“ yazır.

Nəşrin məlumatına görə, hazırda Britaniya hakimiyyəti Aİ-dən olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir.

Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, eləcə də müxalif Leyboristlər Partiyasının və Ukrayna hökumətinin nümayəndələri Rusiyanın Böyük Britaniyadakı dövlət əmlakının tamamilə müsadirə edilməsini və Kiyevə verilməsini təklif edirlər.

Ötən il onların dəyəri 32 milyard dollar olub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər