18 C
Baku
Friday, November 22, 2024

Britaniya Rusiyanın xarici hərbi texnikaya çıxışını əngəllədi – SANKSİYA

Böyük Britaniya Rusiya Federasiyasının xarici hərbi texnikaya çıxışını məhdudlaşdırmaq üçün son dövrün ən böyük sanksiya qərarını qəbul edib.

Bu barədə “Savunmasanayist” məlumat yayıb.

Məlumata görə, Türkiyədə fəaliyyət göstərən 2 müdafiə sənayesi şirkəti də sanksiyaya məruz qalıb.

Sanksiya qərarları İran, Türkiyə, Belarus, Slovakiya, İsveçrə və BƏƏ-də yerləşən 25 fiziki və hüquqi şəxsi əhatə edir. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin elan etdiyi sanksiya qərarının əsas məqsədi Rusiya Federasiyasının xarici hərbi texnikaya çıxışını məhdudlaşdırmaq olub.

Qeyd olunub ki, Rusiya ona qarşı embarqoları qırmaq üçün bir çox qərb ölkələrində şirkətlər qurub.

Son xəbərlər
Digər xəbərlər