10 C
Baku
Friday, December 13, 2024

Britaniya Rusiyaya aviasiya və kosmos məhsullarının ixracına qadağa qoydu

Böyük Britaniya hökuməti Rusiyaya aviasiya və kosmik məhsulların ixracına qadağa qoyub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilib.

Britaniya sığorta şirkətlərinə iqtisadiyyatın qeyd olunan sektorlarında rusiyalı kontragentlərə xidmət göstərmək də qadağan edilib. Bundan əlavə, mövcud polislər ləğv edilir, bu səbəbdən sığortaçılar bağlanmış müqavilələr üzrə kompensasiya ödəyə bilməyəcəklər.

Bundan əvvəl Avropa İttifaqı Rusiyaya aviasiya və kosmik sənaye mallarının ixracına qadağa qoyub. “Roskosmos” sanksiyalar fonunda ABŞ-a raket mühərriklərinin tədarükünü dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər