10 C
Baku
Thursday, December 12, 2024

Britaniya Rusiyaya PUA satan İrana sanksiyalar tətbiq edə bilər

Böyük Britaniya Rusiyaya pilotsuz uçuş aparatlarının verilməsinə görə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

Bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib.

Kleverli deyib: “Biz sanksiyaların tətbiqi imkanını nəzərdən keçiririk ki, pilotsuz təyyarələri Rusiyaya satanlar daha bunu edə bilməsinlər”.

Bundan əvvəl Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən Polşa xarici işlər naziri Zbiqnev Rau bildirmişdi ki, Avropa İttifaqı Ukraynada Rusiyanın İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə edib-etməməsi ilə bağlı araşdırma aparacaq.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Rusiyanın İrandan döyüş pilotsuz təyyarələr alması mövzusunun süni şəkildə Amerika mediası tərəfindən ortaya atıldığını bəyan edib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani də Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiya tərəfinə İran silahlarının tədarük olunduğuna dair məlumatı təkzib edib.

Rusiya Silahlı Qüvvələri bir həftə əvvəl, oktyabrın 10-da, Krım körpüsündə baş verən partlayışdan iki gün sonra Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər