9 C
Baku
Tuesday, December 17, 2024

Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Siyahıya 20 gəmi və iki şirkət əlavə edilib.

Sənədin yenilənmiş variantı Böyük Britaniya hökumətinin saytında dərc edilib.

Siyahıya enerji ticarəti üzrə ixtisaslaşmış Dubay şirkətləri – “2Rivers DMCC” (əvvəlki adı – “Coral Energy”) və “2Rivers PTE” daxil edilib. Həmçinin müxtəlif ölkələrdə qeydiyyatda olan 20 neft tankerinə məhdudiyyətlər tətbiq edilib.

Böyük Britaniya hökuməti hesab edir ki, bu şirkətlər “Rusiya hökumətini, xüsusilə Rusiyanın enerji sektorunu dəstəkləməklə mənfəət əldə edir”. Gəmilərə gəldikdə isə məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi onların “Ukraynada sabitliyin, onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin pozulmasına gətirib çıxaran fəaliyyətdə ehtimal edilən iştirakı, həmçinin Rusiya hakimiyyətini dəstəkləməkdən mənfəət əldə etməsidir.

Sənəddə qeyd olunur ki, sanksiyaya məruz qalan gəmilər Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər