Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 14 yeni maddə əlavə edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Məlumata görə, London Rusiyanın təhsil naziri Kravtsova və Kamçatka qubernatoru Solodova qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar həmçinin Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Qançevə və Adıgey Kumpilova şamil edilib.
Krımda yerləşən “Artek” beynəlxalq uşaq mərkəzinə də sanksiyalar tətbiq edilib.