9 C
Baku
Sunday, November 17, 2024

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya 11 rusiyalıya qarşı sanksiya tətbiq edib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Yenilənmiş siyahıya Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov, “Vahid Rusiya” Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Sidyakin, eləcə də Rusiya Federasiyasının hakimiyyət orqanlarının nümayəndələri daxil edilib.

Xatırladaq ki, sentyabrın 5-də Böyük Britaniya kiberməkanda qanunsuz fəaliyyətə görə 11 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib. Nəşr edilən sənədə əsasən, onların hamısının “COVID-19 pandemiyası zamanı infrastruktur və xəstəxanaların” “hack” edilməsi arxasında “Rusiya kibercinayətkar qrupu”nun üzvləri olduğu iddia edilir.

Son xəbərlər
Digər xəbərlər