0 C
Baku
Saturday, February 22, 2025

Britaniya Rusiyaya qarşı sanksiyaları yumşaldıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları bir qədər yumşaldıb. Xüsusilə, yumşaltma ölkənin aviasiya sənayesinə şamil edilir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Sənəddən belə çıxır ki, bu tədbirlər müəyyən aviasiya məhsulları və texnologiyalarına, o cümlədən təyyarələrin qaz turbinli mühərriklərinə və onlar üçün xüsusi hazırlanmış komponentlərə aiddir.

İyulun 21-də Avropa İttifaqı (Aİ) aviasiya sənayesi üçün mal və xidmətlərin bir qrupunu Rusiyaya mal və xidmətlərin tədarükünə qoyulan qadağadan çıxarmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər