13 C
Baku
Friday, November 22, 2024

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bununla bağlı press-reliz Böyük Britaniya hökumətinin elektron portalında dərc edilib.

Qeyd olunub ki, yeni sanksiyaların tətbiq edilməsinə səbəb kimi Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” göstərilib.

Sanksiya siyahısına 11 fiziki və hüquqi şəxs, o cümlədən Rusiya Mərkəzi Seçki Komissiyası, Rusiya Federasiyası MSK-nın katibi Natalya Budarina, qondarma “Xerson Regional Dövlət Administrasiyası”nın rəhbəri Andrey Alekseenko və Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova daxil edilib.

Sanksiyalara aktivlərin dondurulması və Böyük Britaniyaya girişin qadağan edilməsi daxildir.

Həmçinin əlavə olunub ki, Britaniya hökumətinin yeni sanksiyalar suverenliyə, demokratiyaya və bərabərliyə açıq hücuma qarşı mübarizənin bariz nümunəsidir.

Son xəbərlər
Digər xəbərlər