11 C
Baku
Monday, November 25, 2024

Britaniya rusların banklardakı əmanətlərinə limit qoyacaq

Böyük Britaniya rusların yerli banklardakı əmanətlərinə 50 min funt-sterlinq (66 800 dollar) limit tətbiq edəcək.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, “BBC”nin vurğuladığı kimi, Britaniya varlı rusların ölkə banklarına çıxışını əngəlləmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq indiyə qədər gördüyü “ən sərt” iqtisadi sanksiyalar paketini açıqlamışdı. Krallıq ölkədəki aktivləri dondurulacaq “VTB” və bir daha Britaniyaya uça bilməyəcək “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar tətbiq edib.

Böyük Britaniya hökuməti həmçinin yüksək texnologiyalı məhsulların Rusiyaya ixracını qadağan edəcək və bütün iri Rusiya bankları ölkənin maliyyə sistemindən kənarlaşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər