İran Xarici İşlər Nazirliyi bazar günü Böyük Britaniyanın Tehrandakı səfirini yenidən Nazirliyiə çağırıb.
Bu barədə İran XİN-in açıqlamasında deyilir.
Məlumata əsasən, Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif XİN-ə bir qrup insanın Londondakı İran səfirliyinin ərazisinə hücumundan və İran bayrağına hörmətsizlik etməsindən sonra etirazın bildirilməsi üçün çağırılıb.