Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza bölməsi bağlanır.
Bunu Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq BBC-ə verdiyi müsahibəsində bildirmişdir. Bu haqda məlumat isə səfirliyin Facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmişdir.
Diplomatın sözlərinə görə, səfirlik özəl bir şirkətlə müqavilə imzalayaraq vizanın verilməsi prosesini ona həvalə edir.
Ümumən isə Azərbaycan vətəndaşları viza almaq üçün sənədlərini həmin təşkilata təqdim etməlidirlər. Təşkilatın ofisi isə paytaxtın mərkəzində yerləşəcək.
Vizanın alınması prosesində isə heç bir dəyişiklik olmayacaq.