Böyük Britaniya sakini “EuroMillions” lotereyasında 170 milyon funt (190 milyon avro) udub.
Report xəbər verir ki, bununla da o, ölkədə ən böyük jekpota sahibi olub.
Qalib beş əsas nömrə və iki “xoşbəxt ulduz”u tapmağa nail olub.
Əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt Şotlandiyadan olan cütlük 161 milyon funt udub.
“EuroMillions”-un birinci lotereya oyunu 2004-cü ilin 13 fevralında üç ölkədə – Fransa, İspaniya və Böyük Britaniyada keçirilib.
2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə – Lüksemburq, Belçika, İsveçrə, Portuqal, İrlandiya və Avstriya qoşulub. Uduşlara yalnız İsveçrədə vergi rüsumu tutulur.
Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Lotereya oyunçularının sayı təxminən 200 milyon nəfərdir.